İranda ilk etiraz başladı...

İranda ilk etiraz başladı...
29.09.2026 16:02 Dünya

İranda universitetlərdə etirazlar başlayıb.

TodayPress TV xəbər verir ki, yerli KİV-in məlumatına görə, Tehrandakı Əllamə Təbatəbai Universitetində tələbələr etiraz aksiyası keçirir. 

Məlumata görə, tələbələrin narazılığı artan xərclər, məcburi hicab tələbi və universitet şəhərciyindəki şəraitlə bağlıdır.

Hazırda əsas diqqət etirazların yalnız Əllamə Təbatəbai Universiteti ilə məhdudlaşıb-qalmayacağına və Tehranın digər universitetlərinə, eləcə də ölkənin başqa bölgələrinə yayılıb-yayılmayacağına yönəlib.

İran universitetləri ölkə tarixində zaman-zaman təşkilatlanmış etirazların əsas mərkəzlərindən biri olub. Bu səbəbdən digər ali təhsil müəssisələrində də aksiyaların başlayıb-başlamayacağı xüsusi əhəmiyyət daşıyır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər