İranda hərbi sursat partladı: 6 yaşlı uşaq öldü

İranda hərbi sursat partladı: 6 yaşlı uşaq öldü
20.08.2025 11:30 Dünya

İranın Lorestan əyalətində yerləşən Beyran Şəhr rayonunda hərbi sursatın partlaması faciə ilə nəticələnib.

TodayPress TV xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, bu sursat iyun ayında İsrailin hücumları zamanı atılıb.

Hadisə nəticəsində 6 yaşlı uşaq ölüb, 9 nəfər isə yaralanıb. Bildirilir ki, yaralananların hamısı uşaq və yeniyetmələrdir. Hazırda yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ilə bağlı ətraflı məlumat verilməyib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər