İranda həbsxanaya hücumda 71 nəfər öldü

İranda həbsxanaya hücumda 71 nəfər öldü
29.06.2025 11:35 Dünya

İsrailin Tehranda “Evin” həbsxanasına hərbi hava hücumu nəticəsində 71 nəfər həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə İranın Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangir deyib.

O bildirib ki, ölənlər arasında həbsxananın inzibati heyəti, əsgərlər, məhkumlar, ziyarətə gələn məhkumların ailələri, həbsxanaya yaxın yaşayan insanlar var.

Qeyd edək ki, iyunun 23-də günorta saatlarında Tehranın “Evin” həbsxanasının bir hissəsi, əsasən inzibati binası İsrail tərəfindən vurulub.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər