İranda 5,3 maqnitudada zəlzələ oldu
İranın mərkəzindəki İsfahan vilayətində yerləşən Zavare şəhəri yaxınlığında 5,3 maqnitudada zəlzələ baş verib.
TodayPress TV-nin xəbərinə görə, bu barədə "SNN" agentliyi məlumat yayıb.
Zəlzələ ocağı Zavare şəhəri yaxınlığında 10 kilometr dərinlikdə qeydə alınıb. Qum və Tehran sakinləri də yeraltı təkanları hiss ediblər.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.