İrana qarşı müharibə Pentaqonu çarəsiz qoydu! - "Patriot" arsenalı TÜKƏNİR

İrana qarşı müharibə Pentaqonu çarəsiz qoydu! - "Patriot" arsenalı TÜKƏNİR
08.08.2026 23:55 Dünya

ABŞ-nin İrana qarşı hərbi əməliyyatları Amerika arsenalını tükədib, Pentaqonun sərəncamında “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 1,7 mindən az raket-interseptor qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" (NYT) mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası hərbi podratçılardan istehsalı sürətləndirməyi tələb etməyə çalışır. Lakin bütün səylərə baxmayaraq, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlar zamanı istifadə etdiyi 1,5 mindən çox “Patriot” raketinin istehsalına iki ildən çox vaxt lazım ola bilər.

Nəşrin mənbəsi ABŞ-nin bu cür raketlərdən 1,7 mindən azına malik olduğunu vurğulayıb.

Qəzet qeyd edir ki, arsenalın tükənməsi Pentaqonu Asiya və Avropadan gəmiləri, aviasiyanı və hava hücumundan müdafiə bölmələrini Yaxın Şərqə yönləndirməyə məcbur edir.

NYT yazır ki, bu, ABŞ-nin həmin regionlardakı hərbi potensialını zəiflədib və hərbçilərin mənəvi vəziyyətinə, eləcə də hərbi texnikanın texniki xidmətinə mənfi təsir göstərə bilər. ABŞ rəsmiləri ehtiyat edirlər ki, belə yanaşma Yaponiya və Cənubi Koreyanı zərurət yarandığı təqdirdə Vaşinqtonun onları müdafiə etmək imkanlarına şübhə etməyə vadar edəcək.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
09 AVQUST 2026
Bütün Xəbərlər