İran yer-hava raketini sınaqdan keçirdi
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında keçirilən genişmiqyaslı təlimlər zamanı “Səyyad-3” zenit raketinin dəniz versiyasını uğurla sınaqdan keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumata yayıb.
Bildirilib ki, İranın uzaqmənzilli zenit raketi olan “Səyyad-3G”nin dəniz versiyası ilk dəfə olaraq İran Hərbi Dəniz Qüvvələri tərəfindən keçirilən hərbi təlimlər zamanı uğurla buraxılıb və istifadəyə verilib.
Agentlik raketin “Hörmüz boğazının ağıllı idarə olunması” dəniz təlimi zamanı “Şəhid Səyyad Şirazi” hərbi gəmisindən atıldığını dəqiqləşdirib.
Aysel Mətləb