İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ

İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ
05.06.2026 00:30 Dünya

ABŞ-nin region ölkələrindəki hərbi bazaları İrana qarşı hücumlarda istifadə olunacağı təqdirdə, həmin mövqelər İslam Respublikasının qanuni hədəfinə çevriləcək.

TodayPress TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi xatırladıb.

"Biz region ölkələrinə xəbərdarlıq etmişdik ki, əgər ABŞ bazaları İrana qarşı təcavüzdə iştirak edərsə, bizim qanuni hədəfimizə çevriləcək", - o bildirib.

A. Əraqçi vurğulayıb ki, İranın cavabı region ölkələrinin ərazisinə yox, ABŞ bazalarına yönəlib: "Bu kontekstdə Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə davamlı təmaslarımız olub.

Regionun bir çox ölkələri öz hava məkanından və ərazilərindən İrana qarşı istifadə olunmasının əleyhinə idi, lakin təəssüf ki, ABŞ bu imkanlardan bizə qarşı istifadə edib".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Hazırda problemin aradan qaldırılması üçün ABŞ ilə İran arasında danışıqlar prosesi davam edir.

Qeyd edək ki, Hörmüz boğazına nəzarət ABŞ ilə İran arasında anlaşma memorandumunun razılaşdırılmayan bəndlərindən biridir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsə, İslam Respublikasının zənginləşdirilmiş uranı ölkədən çıxarması əsas müzakirə mövzusu olacaq. İranın dondurulmuş səhmlərinin sərbəst buraxılması və ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması isə həllə ən yaxın məsələlərdir.

Digər mübahisəli məsələ İsrailin Livana qarşı hücumlarının dayandırılmasıdır. Qeyd edək ki, İsrail və Livan nümayəndə heyətləri ABŞ-dəki danışıqların nəticələrinə əsasən, atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair razılığa gəlib. "Hizbullah" isə ABŞ-nin də dəstəklədiyi Livan-İsrail atəşkəs sazişini rədd edib.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Bütün Xəbərlər