İran XİN: ABŞ-dən mesajlar almışıq!
ABŞ vasitəçilər vasitəsilə İrana iyun ayında bağlanan İslamabad memorandumunun öhdəliklərinə qayıtmağa hazır olması ilə bağlı mesajlar ötürüb.
TodayPress TV xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.
"ABŞ-nin İranla danışıqlar aparması barədə iddiaları həqiqətə uyğun deyil və heç bir danışıqlar getmir. Lakin biz ABŞ-dən mesajlar almışıq. Alınan mesajlar ABŞ-nin öz öhdəliklərinə tam şəkildə qayıtmağa hazır olduğunu göstərir", – deyə o vurğulayıb.
Aysel Mətləb