İran Xəzərə “əlini uzadanlara” xəbərdarlıq etdi: “İcazə verməyəcəyik!”

İran Xəzərə “əlini uzadanlara” xəbərdarlıq etdi: “İcazə verməyəcəyik!”
08.08.2026 19:50 Dünya

İran Xəzər dənizində dənizin dibi və yeraltı sərvətlərin delimitasiyasının Xəzərsahili ölkələrin razılığı əsasında ayrıca proses olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, delimitasiya məsələsi Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən yalnız bütün sahilyanı dövlətlərin razılığı ilə həll edilə bilər.

Tehran bununla yanaşı, öz dəniz sərhədləri daxilində suveren hüquqlarının dəyişməz olduğunu vurğulayıb.

Qəribabadi qeyd edib ki, İran digər tərəflərin bu ərazilərdə qazma işləri aparmasına imkan verməyəcək və öz sektorlarını bütün mövcud vasitələrlə qorumağa davam edəcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər