İran və Qətər nüvə danışıqlarını müzakirə etdilər

Dünya

21.02.2026 13:33

İranın xarici işlər naziri Abbas Əraqçi, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani Tehran arasında nüvə danışıqları aparılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər İran və ABŞ arasında dolayı danışıqların gedişini nəzərdən keçirərək, diplomatik prosesin irəlilədilməsi üçün regional əməkdaşlığın və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qətər Omanla birlikdə Tehran və Vaşinqton arasında əsas vasitəçilərdən biridir. Fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı vəziyyətin həlli məqsədilə dolayı danışıqların ikinci mərhələsi keçirilib.

İran Xarici İşlər Nazirliyi saziş layihəsinə daxil edilə biləcək bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu açıqlayıb. Vaşinqton isə məsləhətləşmələrin müsbət keçdiyini bəyan edib, lakin Tehran hələ də Ağ Evin irəli sürdüyü bəzi mövqeləri qəbul etməyə hazır olmadığını bildirib.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,ABŞ,Qətər,Nüvə,Todaypress.tv,