İran və ABŞ nümayəndə heyətləri İslamabada çatdı
Dünya
11.04.2026 00:01
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibafın rəhbərliyi altında İslam Respubliklasının nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistanın İslamabad şəhərinə gedib.
TodayPress TV xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyətinə təhlükəsizlik, siyasi, hərbi, iqtisadi və hüquq komitələrinin üzvləri daxildir.
Qeyd olunub ki, Qalibafı İranın xarici işlər naziri Abbas Əraqçi, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian, Mərkəzi Bankın sədri Əbdülnasir Hemməti də müşayiət edirlər.
Məlumata görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff da İslamabad şəhərinə çatıblar.
"Qarşı tərəf danışıqların başlaması üçün İranın ilkin şərtlərini qəbul edərsə, bu danışıqlar başlayacaq", - deyə məlumatda bildirilib.
tag: İslamabad,Qalibaf,İran,ABŞ,TodayPress TV,
