İran Ukraynaya zərbə endirmək istəyirmiş - Son anda buna görə fikrini dəyişib

İran Ukraynaya zərbə endirmək istəyirmiş - Son anda buna görə fikrini dəyişib
03.08.2026 23:20 Dünya

İran Ukraynada üç obyektə zərbə endirməyə hazırlaşdığını, lakin Kiyevin üzr istəməsindən sonra hücum qərarını ləğv etdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rzayi bildirib.

Onun sözlərinə görə, İran Ukrayna ərazisində yerləşən üç obyektə zərbə endirməyə hazır olub. Lakin Ukraynanın üzr istəməsindən sonra hücumdan imtina edilib.

İran rəsmisi Hörmüz boğazı ilə bağlı da sərt açıqlamalar verib.

“Biz Hörmüz boğazında İrana nəzarət etməyən hər hansı marşrutun açılmasına qətiyyən icazə verməyəcəyik”, - deyə Rzayi bildirib.

O əlavə edib ki, ABŞ Hörmüz boğazında İranın nəzarətində olmayan marşrutla hərbi gəmi göndərsə, İran həmin gəmiyə zərbə endirəcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər