İran Trampa sərt xəbərdarlıq etdi
İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ Prezidenti Donald Trampa qarşı sərt açıqlama verib.
TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
O bildirib ki, İslam Respublikasına hücum ediləcəyi təqdirdə, İran buna cavab verməyə və Trampa “unudulmaz bir dərs” keçməyə hazırdır.
Qalibafın sözlərinə görə, İranı təhdid edənlər ölkənin müdafiəçilərinin güclü cavabı ilə üzləşəcəklər.
Spiker vurğulayıb ki, İran öz təhlükəsizliyini qorumaq üçün bütün imkanlara malikdir və hər hansı hücuma cavabsız qalmayacaq.
Türkan İsgəndərli