İran silahlı qüvvələri maksimum döyüş hazırlığı vəziyyətinə gətirildi
İran silahlı qüvvələri maksimum döyüş hazırlığı vəziyyətində olduğunu bəyan edib.
TodayPress TV bu barədə "Press TV"yə istinadən xəbər verir.
İranın müdafiə naziri vəzifəsini icra edən briqada generalı Məcid İbn əl-Rza ölkənin istənilən ssenariyə hazır olduğunu vurğulayıb.
Yüksəkrütbəli hərbçi xəbərdarlıq edib ki, İslam Respublikasına qarşı istənilən təcavüz sərt və qətiyyətli cavabla qarşılanacaq.