İran Prezidenti ABŞ ilə danışıqlar barədə paylaşım etdi

Dünya

11.04.2026 21:30

"İran nümayəndə heyəti Pakistanda ABŞ ilə danışıqlarda Tehranın maraqlarını qətiyyətlə müdafiə edəcək".

TodayPress TV xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsində yazıb.

"Pakistana gələn yüksək vəzifəli İran nümayəndə heyəti bütün gücü ilə İranın maraqlarını əzmlə qoruyacaq. İstənilən halda, xalqa xidmətimiz bir dəqiqə belə dayanmayacaq və danışıqların nəticəsi nə olursa-olsun, hökumət qətiyyətlə xalqın yanındadır", - paylaşımda bildirilib.

TodayPress TV

tag: İran,ABŞ,Pezeşkian,TodayPress TV,