İran ordusu Hörmüz boğazına nəzarətdən imtina etməyəcəyini bəyan etdi
İran Silahlı Qüvvələrinin “Həzrəti Xatəm əl-Ənbiya” mərkəzi qərargahı İranın nəzarətini ələ keçirdiyi Hörmüz boğazından imtina etməyəcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bəyanatda deyilib ki, İran Silahlı Qüvvələri Hörmüz boğazının idarəçiliyini yeni səviyyəyə qaldıracaq, ona nəzarət etmək təşəbbüsünü saxlayacaq və heç bir halda İranın qanuni hüquqlarından imtina etməyəcək.
Aysel Mətləb