İran ölkə daxilində hava nəqliyyatını bərpa edir
İran hakimiyyəti ölkənin qərb hissəsi üzərində aviasiya əlaqəsini tamamilə bərpa edib və tranzit reyslərin həyata keçirilməsinə icazə verib.
TodayPress TV xəbər verir ki, bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
"Ölkənin şərq hissəsində olduğu kimi, qərb hissəsinin də hava məkanı sutkalıq operativ rejimdə fəaliyyət göstərməyə başlayıb. Daxili reyslərlə yanaşı, ölkənin hava məkanı vasitəsilə tranzit uçuşların həyata keçirilməsi üçün də zəruri şərait yaradılıb", - deyə təşkilatın bəyanatında bildirilib.
Qeyd edək ki, buna qədər uçuşların yerinə yetirilməsinə yalnız İranın şərq hissəsində icazə verilirdi.
Aysel Mətləb