İran Kəbəni işğal etməyə başlayır - Yəmən orduları hücuma keçdi - VİDEO
Yəmənin strateji əhəmiyyət daşıyan Mərib vilayətində yerli ərəb qəbilələrinin iştirakı ilə hərbi-ictimai fəallıq müşahidə olunur.
TodayPress TV xəbər verir ki, bölgədəki qəbilə birlikləri husi qüvvələrinin (“Ənsarullah” hərəkatı) mümkün irəliləyişinin qarşısını almaq, Səudiyyə Ərəbistanı sərhədlərinə və regionun əsas müqəddəs məkanlarına yönələ biləcək təhlükələri neytrallaşdırmaq məqsədilə qüvvələrini səfərbər edir.
Yəməndə baş verən son proseslər Yaxın Şərqdə davam edən proksi mübarizənin tərkib hissəsi kimi qiymətləndirilir. İranın bölgədəki müttəfiqləri vasitəsilə təsir imkanlarını genişləndirməsi, xüsusilə Suriya və Yəmən istiqamətindəki hərbi-siyasi fəallığı Ərəbistan yarımadasında təhlükəsizlik narahatlıqlarını artırıb.
Husi qüvvələrinin Mərib istiqamətindəki fəallığına qarşı yerli sünni qəbilələrin müqaviməti isə İranmeylli qruplaşmaların bölgədəki manevr imkanlarını məhdudlaşdırmağa yönəlmiş addım kimi şərh olunur.
Yaxın Şərqdəki hərbi-siyasi proseslərin Cənubi Qafqaza da təsir göstərə biləcəyi bildirilir. Ekspertlər İranın müxtəlif coğrafiyalarda ideoloji və hibrid təsir alətlərindən istifadə etdiyini, bunun Azərbaycanda Nardaran və Gəncə hadisələri kimi ictimai sabitliyə təsir göstərən proseslərdə də müzakirə mövzusu olduğunu qeyd edirlər.
Bu baxımdan, Yəməndə qüvvələr nisbətinin dəyişməsi və İranmeylli qruplaşmaların təsir imkanlarının məhdudlaşdırılması həm Fars körfəzi, həm də Cənubi Qafqazın təhlükəsizlik mühiti baxımından diqqət çəkən amil kimi qiymətləndirilir.
Jalə Rövşən