İran Hindistan gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verdi

Dünya

14.03.2026 17:42

İran bəzi Hindistan gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verib.

TodayPress TV bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, bu, blokada şəraitində müstəsna bir haldır və təhlükəsiz keçidə icazə verilən gəmilərin sayı açıqlanmır. 

Hindistan mənbələrinin məlumatına görə, ölkənin bayrağı altında üzən 24 gəmidən ikisi Hörmüz boğazından keçərək hazırda Hindistana doğru istiqamət alıb. Bu gəmilər təxminən 92,7 min ton maye qaz daşıyır. Onların Mundra və Kandla təyinat limanlarına müvafiq olaraq 16 və 17 mart tarixlərində çatacağı gözlənilir.

Bununla da Fars körfəzində Hindistan bayrağı altında üzən 22 gəmi qalıb. Onların göyərtəsində ümumilikdə 611 dənizçi var.

Xatırladaq ki, Hindistan İrana gəmilərinin Hörmüz boğazından keçməsi üçün müraciət etmişdi.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,Hindistan,Hörmüz,Gəmi,Todaypress.tv,