İran dronları ABŞ bazasını vurub, yoxsa zərərsizləşdirilib? - Tərəflərdən ziddiyyətli AÇIQLAMA
ABŞ Bəhreyndəki hərbi bazasına doğru buraxılan bir neçə İran pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Bəhreyn istiqamətində buraxılan bir neçə hücum dronu ABŞ texnikasına heç bir zərər dəymədən və amerikalı hərbçilər xəsarət almadan ələ keçirilib. CENTCOM və tərəfdaş qüvvələr yüksək hazırlıq vəziyyətində qalır”, – deyə qurum bildirib.
Bundan əvvəl SEPAH İranın hücum dronlarının Bəhreyndəki Şeyx İsa aviabazasında yerləşən ABŞ radar sisteminə zərbə endirdiyini bildirmişdi.
Aysel Mətləb