İran Bəhreyndəki ABŞ aviabazasını hədəfə aldı – RADARLAR VURULDU

İran Bəhreyndəki ABŞ aviabazasını hədəfə aldı – RADARLAR VURULDU
17.11.2026 11:22 Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ hərbi obyektinə pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.

Bildirilib ki, noyabrın 15-də İran qüvvələri Bəhreyndəki Əl-Riffa helikopter bazasında yerləşən ABŞ hava hücumundan müdafiə radar sistemini hədəfə almaq üçün altı PUA-dan istifadə edib.

Bəhreyn Müdafiə Qüvvələri isə ölkənin hava hücumundan müdafiə sistemlərinin bir neçə hava hücumunun qarşısını aldığını bildirib.

ABŞ və Bəhreyn rəsmiləri radar qurğusunun vurulması ilə bağlı İranın iddiasını təsdiqləməyib. ABŞ Mərkəzi Komandanlığı daha əvvəl analoji hücum zamanı iki İran PUA-sının zərərsizləşdirildiyini, xəsarət alanların və dağıntıların olmadığını açıqlamışdı.

Qeyd edək ki, Bəhreyn ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahına ev sahibliyi edir. 

Zəhra Məmmədova

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər