İran ABŞ-yə şərtlərini qoydu: Hörmüz boğazı bu halda açılacaq!

İran ABŞ-yə şərtlərini qoydu: Hörmüz boğazı bu halda açılacaq!
11.08.2026 20:48 Dünya

İran Hörmüz boğazının tam açılması ilə bağlı şərtlərini vasitəçilər üzərindən ABŞ-yə çatdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, ABŞ öz siyasətini dəyişməyən və Tehranın irəli sürdüyü şərtləri qəbul etməyənədək boğaz bağlı qalacaq.

İran tərəfinin əsas tələbləri arasında müharibənin dayandırılması və xaricdə dondurulmuş İran aktivlərinin sərbəst buraxılması yer alır. Digər şərtlərin isə vasitəçilər vasitəsilə ABŞ-yə çatdırıldığı bildirilib.

Tehran daha əvvəl də Hörmüz boğazının açılmasının ABŞ-nin İrana qarşı tətbiq etdiyi məhdudiyyətlər və hərbi fəaliyyətlə bağlı müəyyən tələblərin yerinə yetirilməsindən asılı olduğunu açıqlayıb.

Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır. Boğazda gəmi hərəkətinin məhdudlaşdırılması qlobal neft və qaz bazarlarında qiymətlərin artması ilə bağlı narahatlıqları gücləndirib.

ABŞ və İran arasında boğazın təhlükəsiz şəkildə açılması ilə bağlı diplomatik təmaslar davam edir, lakin tərəflər arasında əsas məsələlər üzrə razılaşmanın əldə olunub-olunmadığı hələlik məlum deyil.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər