İran ABŞ-nin qarşısına başqa seçim qoymur: Yeni QAYDALAR
İran ordusunun nümayəndəsi Əmir Əkrəminiya ABŞ-nin Hörmüz boğazında Tehran tərəfindən formalaşdırılan “yeni qaydaları” qəbul etməkdən başqa seçiminin olmadığını bildirib.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, İranın Hörmüz boğazında yaratdığı “yeni nizam” geri dönməz xarakter daşıyır.
“ABŞ-nin mövcud vəziyyəti qəbul etməkdən başqa yolu yoxdur. Əks halda, onlar keçmişdə üzləşdiklərindən daha böyük itkilərlə qarşılaşacaqlar”, - deyə Əkrəminiya bildirib.
Kübra Musayeva