İran ABŞ-nin danışıqlar zamanı mövqeyini dəyişməsindən narazıdır

Dünya

13.04.2026 21:50

“İslamabadda keçirilən son ABŞ-İran danışıqları irəliləyiş əldə etmək üçün fürsət yaratdı, lakin Vaşinqtonun daim dəyişən tələbləri səbəbindən razılıq əldə olunmadı”.  

TodayPress TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Fransa xarici işlər naziri Jan-Noel Barro ilə telefon danışığı zamanı bildirib. 

Əraqçi vurğulayıb ki, Amerika tərəfinə tam etimadsızlığına baxmayaraq, İran danışıqlara məsuliyyətlə və xoş niyyətlə yanaşıb. 

Öz növbəsində, Barro tərəflərin danışıqları davam etdirəcəyinə və qeyri-müəyyən atəşkəs barədə razılığa gələcəyinə ümid etdiyini bildirib. 

Qeyd edək ki, İran və ABŞ arasında həftəsonu Pakistanda birbaşa danışıqlar aparılıb, lakin tərəflər razılığa gələ bilməyiblər. 

Aysel Mətləb

TodayPress TV

tag: İran,ABŞ,İslamabad,Əraqçi,TodayPress TV,