İran ABŞ ilə danışıqlara 71 nəfərlik heyətlə qatılır

İran ABŞ ilə  danışıqlara 71 nəfərlik  heyətlə qatılır
11.04.2026 12:30 Dünya

ABŞ–İran danışıqlarında İran tərəfi 71 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinə yalnız danışıqları aparan şəxslər deyil, həmçinin ekspertlər, təhlükəsizlik əməkdaşları və jurnalistlər də daxildir.

Danışıqlar heyətində İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi yer alır. Nümayəndə heyətinə isə İran Parlamentinin (Məclis) sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edir.

ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edir. Heyətə həmçinin prezidentin xüsusi elçisi Stiv Uitkoff və Ağ Evin müşaviri Cared Kuşner də daxildir.

Qeyd edək ki, ABŞ–İran danışıqlarının aprelin 11-də İslamabadda iki formatda — birbaşa və dolayı şəkildə keçirilməsi gözlənilir. 

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər