İndoneziyanı güclü zəlzələ silkələdi
İndoneziyanın şimalında, Maluku dənizində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla avqustun 5-i saat 04:17-də baş verib. Zəlzələnin episentri Ternate şəhərindən 135 kilometr şimal-qərbdə yerləşib.
Episentrdə təkanların intensivliyi "çox güclü" olaraq qiymətləndirilib.
ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasını 5,7 bal, ocağının dərinliyini isə 35 kilometr olaraq açıqlayıb.
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.
Türkan İsgəndərli