İndoneziyada zəlzələ baş verdi
İndoneziyanın Yava adasında 4,9 bal gücündə zəlzələ olub.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin mərkəzi Purvakarta şəhərindən 25 km şimal-qərbdə, 35 km dərinlikdə yerləşib. Hazırda tələfat və dağıntı barədə məlumat yoxdur.
Türkan İsgəndərli