İndoneziyada tankerdə partlayış: 10 nəfər öldü
İndoneziyanın Batam adasında yerləşən gəmiqayırma zavodunda xam palma yağı daşıyan tankerdə güclü yanğın və partlayış baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə,yanğın Tanjunggunkang Dəniz Limanı tərsanəsində təmir olunan gəminin yanacaq çənində başlayıb. Hadisə baş verən anda gəmidə hələ də işçilər olub.
Hadisə nəticəsində azı 10 nəfər ölüb, 21 nəfər yaralanıb. Yaralılardan dördünün vəziyyəti ağırdır.
Türkan İsgəndərli