İndoneziyada Semeru vulkanı yenidən püskürdü

İndoneziyada Semeru vulkanı yenidən püskürdü
06.08.2025 12:24 Dünya

İndoneziyanın Şərqi Yava bölgəsində yerləşən Semeru vulkanı bu gün səhər saatlarında iki dəfə püskürüb.

TodayPress TV xəbər verir ki, “Antara News”un məlumatına görə, püskürmələrdən birincisi yerli vaxtla saat 05:24-də qeydə alınıb.

Müşahidə mərkəzinin açıqlamasına əsasən, ilk püskürmə zamanı vulkandan çıxan kül buludu təxminən 600 metr yüksəkliyə qalxıb və şimal-şərq istiqamətində hərəkət edib.

İkinci püskürmə isə saat 10:08-də baş verib. Bu dəfə də kül sütunu təxminən 600 metr hündürlüyə qalxıb. Hazırda bölgədəki sakinlərə vulkanik külə qarşı tədbirli olmaq barədə xəbərdarlıqlar edilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər