İndoneziyada güclü zəlzələ baş verdi
İndoneziyanın Seysmoloji və Meteorologiya Agentliyinin məlumatına görə, Papua əyalətində 6,8 bal gücündə zəlzələ olub.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Zəlzələnin episentri Sarmi şəhərindən 61 kilometr şimal-qərbdə, 21 kilometr dərinlikdə yerləşib.
Hazırda zəlzələ ilə bağlı tələfat və dağıntılar barədə məlumat yoxdur.
Türkan İsgəndərli