İndoneziyada güclü zəlzələ baş verdi

İndoneziyada güclü zəlzələ baş verdi
18.08.2025 16:21 Dünya

Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat Xidməti (USGS) İndoneziyada 5,8 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb. 

TodayPress TV xəbər verir ki, zəlzələnin episentri Poso şəhərindən 15 kilometr şimalda yerləşib.

İndoneziya Milli Fəlakət İdarəetmə Agentliyi (BNPB) zəlzələ nəticəsində 29 nəfərin yaralandığını bildirib. Onlardan ikisinin vəziyyəti ağırdır və yaralılar xəstəxanaya yerləşdirilib.

Zəlzələdən sonra 10 afterşok qeydə alınıb. Ən güclüsü 3,2 bal, digərləri isə orta hesabla 2,0 bal təşkil edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər