İndoneziyada daşqın qurbanlarının sayı 250-yə çatdı

İndoneziyada daşqın qurbanlarının sayı 250-yə çatdı
29.11.2025 13:30 Dünya

İndoneziyanın qərbində yerləşən Şimali Sumatra əyalətində daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı 248 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata əsasən, 100-dən çox insan itkin düşüb və onların sayının artacağı ehtimal olunur.

Qeyd edək ki, son bir neçə gündə güclü yağışlar İndoneziya, Tailand, Malayziya və Şri-Lankada daşqınlara səbəb olub.

Musson yağışları nəticəsində baş verən daşqınlar çayların daşmasına və minlərlə ev və digər tikililərin dağılmasına səbəb olub. 3 minə yaxın ailə təxliyə olunub.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər