İkinci Dünya Müharibəsində batan gəmilər tapıldı

İkinci Dünya Müharibəsində batan gəmilər tapıldı
27.08.2025 18:30 Dünya

Solomon adalarının Iron Bottom Sound bölgəsində aparılan tədqiqat zamanı İkinci Dünya Müharibəsinə aid 13 gəmi qalıqları aşkarlanıb. 

TodayPress TV xəbər verir ki, tədqiqat “Ocean Exploration Trust”ın rəhbərliyi ilə həyata keçirilib. 

22 günlük ekspedisiyada əvvəllər sənədləşdirilməmiş 4 gəmi ilk dəfə görüntülənib. Onlar arasında ABŞ-yə məxsus “USS New Orleans” ağır kreyseri və yapon esminesi “Teruzuki” də var. 

Məlumata görə, araşdırma zamanı pilotsuz “DriX” sistemi və sualtı robotlardan istifadə olunub. Qısa müddətdə 1000 kvadrat kilometrdən çox dəniz dibinin xəritəsi çıxarılıb və çoxsaylı potensial gəmi qalıqları müəyyənləşdirilib. 

Aysel Mətləb 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər