III Çarlzın şəxsi həkimi evində ölü tapıldı
Britaniya kral ailəsinin həkim-terapevti Hanna Terri Birləşmiş Krallığın şərqindəki Norfolk qraflığında yerləşən Sandrinqem mülkünün kənarındakı evində ölü tapılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Məlumata görə, 45 yaşlı Terrinin meyiti oktyabrın 4-də aşkar edilib. Qeyd olunur ki, qadının ölümü başına küt əşya ilə vurulan zərbə nəticəsində baş verib. Hazırda qətldə onun həyat yoldaşı Mark Keyn ittiham olunur. O, daha əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdı.
Nəşr bildirir ki, Hanna Terri kral ailəsinin yüksəksəviyyəli üzvlərini Sandrinqem mülkündə olduqları müddətdə müalicə edib.
Qəzetin mənbələrinin sözlərinə görə, Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla Terrinin ölümü barədə məlumatlandırılıblar.
Aysel Mətləb