II Qareginin qardaşı və onun oğlunun həbs müddəti uzadıldı

II Qareginin qardaşı və onun oğlunun həbs müddəti uzadıldı
29.11.2025 16:45 Dünya

Ermənistanda məhkəmə bütün ermənilərin katolikosu II Qareginin (Ktriç Nersisyan) qardaşı və qardaşı oğlunun həbs müddətini uzadıb.

TodayPress TV “Sputnik Armeni”ya istinadən xəbər verir ki, Gevork Nersisyan barəsində həbs-qətimkan tədbiri daha iki ay, onun oğlu Ambartsum üçün isə üç ay müddətinə uzadılıb.

Ata və oğul noyabrın 3-də həbs olunublar. Onlara Vaqarşapatda keçirilən seçkilərdə Qərbyönlü “Respublika” partiyasının seçkiqabağı təşviqatına mane olmaqda ittiham irəli sürülüb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər