Husilər Yəməndəki hərbi düşərgələrə hücumu TƏSDİQLƏDİ
Husilər Mərib və Hədrəməvt vilayətlərində yerləşən Yəmən Fövqəladə Hallar Qüvvələrinin bir neçə düşərgəsinə hücum etdiklərini təsdiqləyiblər.
TodayPress TV xəbər verir ki, bu barədə husilərin hərbi sözçüsü Yəhya Səri "X" sosial şəbəkəsində açıqlama yayıb.
Bildirib ki, Ruveyk, Əl-Əbr və Əs-Səniyyə bölgələrində, eləcə də Yəmən Fövqəladə Hallar Qüvvələrinə məxsus digər düşərgələrə çox sayda ballistik raket və pilotsuz uçuş aparatı (PUA) ilə zərbələr endirilib.
Onun sözlərinə görə, hücum nəticəsində şərqi Yəməndə yerləşən çoxlu sayda hərbi düşərgə, qoşun toplanma məntəqəsi, silah-sursat anbarı və hərbi texnika məhv edilib və ya yandırılıb.
Aysel Mətləb