Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdiklərini ELAN ETDİ
Yəmənin “Ənsar Allah” hərəkatının husilər qruplaşması Moxa şəhəri və Mərib əyaləti ərazisində Səudiyyə Ərəbistanı qüvvələrinin mövqelərinə ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
TodayPress TV xəbər verir ki, bu barədə üsyançıların hərbi nümayəndəsi Yəhya Səriə bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində onlarla ölü və yaralı var.
Sözçü vurğulayıb ki, Səudiyyə qüvvələrinə qarşı hərbi əməliyyatları davam etdirmək niyyətindədir.
Aysel Mətləb