Husilər dayanmır! - Yəməndə hərbi düşərgələr hədəf alındı
Husilərin Yəmən təcili yardım qüvvələrinin düşərgələrinə həyata keçirdiyi ehtimal edilən raket və pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində azı 30 nəfər həlak olub, daha bir neçə nəfər isə yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Bildirilib ki, hadisə Mərib və Hədrəməvt vilayətlərində yerləşən düşərgələrdə baş verib.
Aysel Mətləb