Husilər Ben Quriona yenidən zərbə endirdilər

Husilər Ben Quriona yenidən zərbə endirdilər
23.05.2025 12:20 Dünya

Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) döyüşçüləri İsrailin Ben Qurion hava limanına hipersonik ballistik raketlə hücum etdiklərini bildiriblər. 

TodayPress TV xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.

Onun sözlərinə görə, raket Tel-Əviv yaxınlığında yerləşən Ben Qurion hava limanını hədəf alıb. Hücumun təfərrüatları və nəticələri barədə əlavə məlumat verilməyib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər