“Huntington” xəstəliyinə qarşı gen terapiyası prototipi hazırlandı

“Huntington” xəstəliyinə qarşı gen terapiyası prototipi hazırlandı
26.05.2025 16:26 Dünya

ABŞ, Kanada və Avstraliyadan olan alimlər sinir hüceyrələrini məhv edən “Huntington” xəstəliyinin inkişafını yavaşlatmağa qadir gen terapiyası prototipi yaradıblar.

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri “Nature Genetics” jurnalında dərc olunub.

“Huntington" xəstəliyi HTT genində baş verən mutasiyalarla bağlı ağır irsi nevrodegenerativ pozuntudur. Xəstəlik “CAG” (sitozin, adenin, quanin) ardıcıllığının sayının artması nəticəsində neyronların məhvinə gətirib çıxarır. Adətən simptomlar 30–50 yaş arasında ortaya çıxır.

Bu simptonlara idarəsiz hərəkətlər, koordinasiya pozuntuları və gec mərhələlərdə zehni funksiyaların zəifləməsi daxildir. 

Hazırda bu xəstəliyin müalicəsi yoxdur və effektiv terapiyaların hazırlanması molekulyar tibb sahəsində prioritet istiqamət sayılır.

Tədqiqatçılar ilk dəfə olaraq DNT-dəki artıq CAG təkrarlarını silmək üçün dəqiq gen redaktəsi texnologiyasından istifadə ediblər. Onlar “CRISPR/Cas9” sisteminə əsaslanan xüsusi genom redaktorunu tətbiq edərək patoloji “CAG” ardıcıllıqlarını alternativ və daha təhlükəsiz olan “CAA” ardıcıllığı ilə əvəz ediblər.

Laboratoriya təcrübələri göstərib ki, bu dəyişikliklər, xəstə hüceyrə mədəniyyətlərində 45–60% təkrar ardıcıllığın aradan qaldırılmasına, siçan beynindəki neyronlarda isə 20–30% effektivliyə nail olunmasına səbəb olub.

Bu, neyron itkisini azaldıb və müalicənin həm effektiv, həm də potensial olaraq təhlükəsiz olduğunu göstərib.

Tədqiqatçılar ümid edirlər ki, bu metod yaxın illərdə “Huntington” xəstəliyinin gedişini yavaşlatmaq üçün klinik praktikaya daxil edilə bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 IYUN 2026
Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bütün Xəbərlər