Hörmüzdə tanker böhranı: Danışıqlardan sonra geri döndülər

Hörmüzdə tanker böhranı: Danışıqlardan sonra geri döndülər
12.04.2026 14:50 Dünya

Hörmüz boğazından keçmək istəyən iki supertanker son anda geri dönüb.

TodayPress TV "Bloomberg"ə istinadən xəbər verir ki, hadisə ABŞ və İran danışıqlarının nəticəsiz başa çatmasından sonra qeydə alınıb.

Məlumata görə, Oman körfəzindən boğaza yaxınlaşan üç iri tanker su yoluna daxil olmağa cəhd edib.

Bildirilir ki, İraqa yönələn “Agios Fanourios I” və Pakistan bayrağı altında üzən “Shalamar” tankerləri son anda geri dönüb:

“Onların qərarını dəyişməsi İslamabadda aparılan danışıqların nəticəsiz başa çatdığı anla eyni vaxta təsadüf edib”.

Qeyd olunur ki, üçüncü tanker “Mombasa B” isə hərəkətini davam etdirərək adalar arasından keçib, lakin onun konkret istiqaməti hələ məlum deyil.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər