Hörmüz boğazında xidmət haqları necə hesablanacaq? – İran XİN-dən AÇIQLAMA
Hörmüz boğazından keçən gəmilər üçün xidmət haqlarının məbləği İran və Oman tərəfindən göstərilən xidmətlərin həcmindən asılı olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "Fars" agentliyi İran Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İran və Oman arasında gəmilərin yükünün dəyərinin müəyyən faizi həcmində (7 və ya 3 faiz) tranzit haqqının tətbiqi ilə bağlı fikir ayrılığı olduğu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Ödənişlərin məbləği bir çox amildən, o cümlədən təqdim edə biləcəyimiz xidmətlərin həcmindən asılı olacaq", – deyə agentliyin həmsöhbəti bildirib.