Hörmüz boğazında gəmi hərəkəti kəskin AZALDI
Həftəsonu Hörmüz boğazından keçən gəmilərin sayı kəskin şəkildə azalıb.
TodayPress TV xəbər verir ki, bu barədə gəmi izləmə xidməti “MaritimeTraffic” məlumat yayıb.
Bildirilib ki, keçidlərin sayı avqustun 7-si 15 ikən 6-ya düşüb.
Məlumatlar göstərib ki, 17 gəmi İranın birtərəfli sxemi üzrə marşrutdan keçib, daha 10 gəmi isə "müəyyən edilməmiş” kimi təsnif edilən marşrutdan istifadə edib.
Qırmızı dənizi Hind okeanı ilə birləşdirən Bab əl-Məndəb boğazında isə eyni müddət ərzində daha intensiv hərəkət müşahidə olunub və 116 keçid qeydə alınıb.
Aysel Mətləb