Hörmüz boğazında daha bir gəmiyə zərbə endirildi
Hörmüz boğazında hərəkətdə olan ticarət gəmisinə mərmi ilə zərbə endirilib.
TodayPress TV xəbər verir ki, “Fars” agentliyinin yaydığı məlumata görə, hadisə gəmi Oman sularında, Xəsəb şəhərinin şimalında boğazın cənub marşrutu ilə hərəkət edərkən baş verib.
Zərbədən sonra gəmidə yanğın başlayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Hadisə nəticəsində gəminin adı, ekipaj üzvlərinin vəziyyəti və zərbənin kim tərəfindən endirildiyi açıqlanmayıb.
Qeyd edək ki, son günlər Hörmüz boğazında ticarət gəmiləri ilə bağlı bir neçə insident qeydə alınıb. Sentyabrın 23-də də ticarət gəmilərindən biri naməlum mərmi ilə vurulub və ekipaj təxliyə edilib.