Hörmüz boğazı ilə bağlı kritik razılaşma: İran və Oman detalları razılaşdırır

Hörmüz boğazı ilə bağlı kritik razılaşma: İran və Oman detalları razılaşdırır
08.08.2026 14:28 Dünya

İran və Oman Hörmüz boğazından gəmi keçidi ilə bağlı danışıqlarda mühüm irəliləyiş əldə edib.

TodayPress TV xəbər verir ki, KİV-in məlumatına görə, tərəflər bir sıra əsas məsələlər üzrə razılaşmağa yaxınlaşıblar.

Planlaşdırılan razılaşmaya əsasən, gəmilər Fars körfəzinə Hörmüz boğazının şimal hissəsindən, İranın ərazi sularından daxil olacaq. Körfəzdən çıxış isə boğazın cənub hissəsində, Oman sularından həyata keçiriləcək.

Boğazın mərkəzi hissəsi minalardan təmizləndikdən sonra burada da gəmi keçidi üçün marşrutların müəyyənləşdirilməsi nəzərdə tutulur.

Məlumata görə, boğazdan keçən gəmilər üçün vahid tarif tətbiq ediləcək. Tarif gəminin daşıdığı yükün bazar dəyərinin 7 faizi olacaq.

Bu məbləğin 5 faizinin İrana, 2 faizinin isə Omana ödənilməsi planlaşdırılır.

Hörmüz boğazında təhlükəsizliyə İran və Oman tərəfindən birgə nəzarət edilməsi nəzərdə tutulur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər