Honq Konqda yanğınla bağlı 11 nəfər həbs edildi
Honq Konqda yaşayış kompleksində baş verən yanğın ilə bağlı 11 nəfər həbs olunub.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Yanğında ölən 128 nəfərdən yalnız 39-nun şəxsiyyəti müəyyən edilib.
Xatırladaq ki, noyabrın 26-da günorta saatlarında Çinin dünyanın ən sıx məskunlaşmış və ən çox hündür binanın yerləşdiyi şəhərlərdən olan Honq Konqun Tay Po rayonundakı səkkiz binadan və təxminən 2 min mənzildən ibarət yaşayış kompleksində güclü yanğın baş verib.