Honq Konqda matəm elan olundu
Honq Konqda 128 nəfərin həlak olduğu yanğından sonra üçgünlük matəm elan edilib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı şəhər administrasiyası yayıb.
Bildirilib ki, 29 noyabr-1 dekabr tarixlərində bütün dövlət binalarında bayraqlar yarıya endiriləcək.
Matəm günlərində rəsmilər ictimai tədbirlərdə iştirak etməyəcək.