“Hizbullah” açıqladı: Cavab veriləcək
“Hizbullah” İsrailin hərəkatın qərargah rəisi Heytəm Əli Təbtəbavini öldürməsinə cavab vermək hüququnu özündə saxlayır.
TodayPress TV xəbər verir ki, bu barədə təşkilatın baş katibi Naim Qasım tərəfdarlarına müraciətində deyib.
"Biz bu cinayəti kobud təcavüz aktı hesab edirik və ona uyğun anda cavab vermək hüququmuz var. Bunun nə vaxt baş verəcəyini müəyyən edəcəyik", - o deyib.
O həmçinin qeyd edib ki, Təbtəbaviyə son dönəmlərdə bütün müqavimət qüvvələrinə komandanlıq etmək tapşırılıb.