Hindistanda müalicəsi olmayan virus yayıldı
Dünya
25.01.2026 10:29
Hindistada peyvəndi və müalicəsi olmayan ölümcül "Nipah" virusu yayılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Economic Times" qəzeti məlumat yayıb.
Qərbi Benqal əyalətində virusa yoluxmanın beş halı aşkar edilib ki, bunlardan üçü bu həftə qeydə alınıb. Yoluxanlar arasında həkim, tibb bacısı və səhiyyə işçisi də var.
Virus iki tibb bacısında virus aşkarlanıb. Hər ikisində yüksək qızdırma və nəfəs almaqda çətinlik yaranıb. Yoluxmuş qadınlardan biri komaya düşüb.
Hesab edilir ki, o, testlər aparılmazdan əvvəl vəfat edən bir xəstəni müalicə edərkən virusa yoluxub.
Virus heyvanlardan insanlara ötürülə bilər və ağır formalarda ensefalit və tənəffüs yoluxucu xəstəliklərə səbəb ola bilər, bəzi hallarda ölüm nisbəti 80%-ə çatır.
Virus 1998-ci ildə aşkarlandığı vaxtdan bəri təxminən 1000 insan yoluxub.
Aynur TAC
tag: Hindistan, Kəlkətə, Virus, Ölümcül, todaypress.tv,
