Hindistana məxsus gəmi batırıldı

Hindistana məxsus gəmi batırıldı
04.08.2026 20:00 Dünya

Qırmızı dənizdə Hindistana məxsus gəmi partlayıcılarla yüklənmiş qayığın hücumundan sonra batıb.

TodayPress TV xəbər verir ki, məlumata görə, “Faize Noore Oliya” adlı gəmi Yəmənin qərb sahillərində, Əl-Hüdeydə şəhərindən təxminən 13 dəniz mili cənubda olarkən hücuma məruz qalıb və nəticədə batıb.

Hadisə zamanı gəmidə olan 14 ekipaj üzvünün hamısı xilas edilib. Onlardan 13-ü Hindistan, biri isə Yəmən vətəndaşıdır.

Yəmən Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsinin əməkdaşları ekipaj üzvlərini sudan çıxarıb. Bildirilir ki, hadisə nəticəsində heç kim xəsarət almayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər